“Liderlər görüşünün gündəliyi lazımdır” - Zelenski
“Müharibənin sona çatması, yəqin ki, liderlərin görüşü ilə başlayır və belə görüşün gündəliyi lazımdır”.
SAVASHMEDİA.az “İnterfask-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
“Başqa cür onlarla alınmayacaq. Belə bir görüşün gündəliyi – liderlər səviyyəsində görüş lazımdır. Məsələ burasındadır ki, biz bu məsələni həmişə açıq şəkildə qaldırırıq. Və indi onlar bizimlə söhbətlərində bu barədə danışmağa başlayıblar. Bu, artıq bir növ görüş formatı istiqamətində hərəkətdir”, - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti onu da nəzərə çatdırıb ki, “Rusiya ərazisində bəzi addımlar, bəzi əməliyyatlarla çox şey əldə olunub”.
“Onların ərazisində danışıqlar prosesindən, dialoqdan, diplomatiyadan başqa çox şeylər olub. Siz bunu gördünüz”, - deyə Zelenski əlavə edib.
Xatirə SADİQ