"Qəfildən dənizdə çırpınmağa başladı" - Kadırovun boğulmasının təfərrüatı

Xəbər verdiyimiz kimi, Çeçenistan lideri Ramzan Kadırov Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda tətildə olarkən dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Jul 25, 2025 - 13:18
Jul 25, 2025 - 13:37
"Qəfildən dənizdə çırpınmağa başladı" - Kadırovun boğulmasının təfərrüatı

SAVASHMEDİA.az bu barədə Türkiyənin “Milliyet” nəşrinə istinadən xəbər verir. 

Məlumata görə, insident günorta saatlarında Bodrumun Kaynar rayonundakı beşulduzlu otelin çimərliyində baş verib. İddialara görə, dənizə girən Ramzan Kadırov qəfildən çırpınmağa başlayıb. Vəziyyəti görən yaxınlıqdakı məmurlar təcili tibbi yardım briqadasına xəbər veriblər. 

Təcili yardım briqadası sudan çıxarılan Kadırova ilkin tibbi köməyi göstərib. Lakin onu yerli özəl klinikalardan birinə yerləşdirmək lazım gəlib. Xəstəxanada aparılan müayinə Kadırovun həyatı üçün təhlükə olmadığını göstərib.

Xatirə SADİQ