Atası və qardaşının şəhid olduğu yerə getmək istəyirmiş - Nağı İmanov minaya harada düşüb?
Ağdərə rayonu Sırxavənd kəndinə yaxın olan Xocalı rayonunun Ulubab adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.
Hadisə nəticəsində yaxınlarının şəhid olduqları ərazini ziyarət etməyə gedən Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov xəsarət alıb.
Xəsarət alan N.İmanova hadisə yerində ilkin tibbi yardım göstərilib və hazırda xəstəxanaya aparılır.
Qeyd edək ki, zərərçəkənin atası Novruz İmanov 1991-ci ilin iyul ayında, qardaşı Mahal İmanov, həmçinin 2 nəfər yaxın qohumu ermənilər tərəfindən öldürülərək “KRAZ” markalı yük maşınında yandırılıb. Əslən Ağdərənin Sırxavənd kəndindən olan N.İmanov Birinci Qarabağ müharibəsinin bölük komandiri kimi ehtiyata buraxılıb. (report)