"İkinci siyahı gəlir, bəzi müğənnilər sevinməsin" - Tolik efir qadağasından DANIŞDI

Xəbər verdiyimiz kimi, Azərbaycanda bəzi müğənnilərin efirlərə çıxışına qadağa qoyulduğu ilə bağlı siyahı yayımlanıb.

Feb 27, 2026 - 21:18
Feb 27, 2026 - 21:20
"İkinci siyahı gəlir, bəzi müğənnilər sevinməsin" - Tolik efir qadağasından DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, efirə çıxışına qadağa qoyulan müğənnilərlə bağlı aparıcı Tarix Əliyev də instaqram səhifəsində paylaşım edib. 

"Bu çıxan siyahı hələ tam deyil. Bəzi müğənnilər sevinməsin. Bildiyimə görə, ikinci siyahı da tezliklə çıxacaq" -  paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Tarix Əliyev aparıcısı olduğu "Tarixin bir günü" proqramının canlı yayımında tamaşaçıları ilə vidalaşıb və Space TV-dən getdiyini açıqlayıb.

Oğuz