İran ABŞ zərbələri nəticəsində ölənlərin sayını açıqladı - Son iki gün ərzində...

ABŞ-nin İran ərazisinə endirdiyi son hava zərbələri nəticəsində Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında azı üç nəfər həlak olub.

Jul 10, 2026 - 01:34
İran ABŞ zərbələri nəticəsində ölənlərin sayını açıqladı - Son iki gün ərzində...

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi olan IRNA məlumat yayıb.

Məlumatda zərbələrin Əhvaz şəhərinin yaxınlığında yerləşən ərazilərə endirildiyi bildirilib. Xuzistan vilayətinin qubernator müavini Vəliullah Həyati bildirib ki, zərbə nəticəsində üç nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

İran Səhiyyə Nazirliyinin yaydığı son məlumata əsasən, ABŞ-nin son iki gün ərzində İranın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində ölkə üzrə ümumilikdə azı 14 nəfər həyatını itirib, 78 nəfər yaralanıb. 

Oğuz