Kremlin sözçüsü Litva prezidentini suçladı – “Bizə ərazi iddiaları var”
“Litva prezidenti Gitanas Nausedanın Kalininqradın ölkəsinə aid olması ilə bağlı dediyi sözlər göstərir ki, Vilnüsün Rusiyaya ərazi iddiaları var”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Litva ölkəmiz üçün dost olmayan dövlətdir, bizə qarşı düşmən əhval-ruhiyyəsinə köklənmiş dövlətdir. Göründüyü kimi, başqa məqamlarla yanaşı, ərazi iddiaları da var”.
Qeyd edək ki, Litva prezidenti Gitanas Nauseda bu yaxınlarda Rusiya hakimiyyətinin Kalininqrad vilayətindəki Kristionas Donelaytis muzeyinin adının dəyişdirilməsi ilə bağlı qərarını şərh edərkən bunu “tarixi yenidən yazmaq üçün qəbuledilməz cəhd” kimi qiymətləndirib.
Kalininqradın tarixən Litva şəhəri olduğunu xatırladan Nauseda belə deyib: “Rusiya nə qədər çalışsa da, Karalyauçyus heç vaxt Kalininqrad olmayacaq!”.
Xatırladaq ki, həmin muzey kompleksi 1979-cu ildə Kalininqrad şəhərinin yaxınlığında yerləşən Çistye Prudı qəsəbəsindəki keçmiş lüteran kilsəsinin binasında açılıb.
XVIII əsrdə həmin kilsədə Litva ədəbiyyatında realizmin banisi, şair Kristionas Donelaytis yaşayıb-yaratmışdır.
Yanvarın 9-da Kalininqrad Regional Tarix və İncəsənət Muzeyi muzeyin adının dəyişdirildiyini elan edib. İndi muzey “Çistye Prudı qəsəbəsindəki Ədəbiyyat Muzeyi” adlanır.
Xatirə SADİQ