Təcridxanada ölən pianoçunun adına gizli konsert keçirildi – Moskvada 

Moskvada ötən ilin iyulunda Birobicandakı istintaq təcridxanasında dünyasını dəyişmiş pianoçu Pavel Kuşnirin adına gizli konsert keçirilib. 

Jan 10, 2025 - 15:59
Jan 10, 2025 - 16:00
Təcridxanada ölən pianoçunun adına gizli konsert keçirildi – Moskvada 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb. 

İştirakçıların sözlərinə görə, dəqiq yeri və vaxtı konsertdən, demək olar ki, bir neçə saat əvvəl bilinsə də, zal tamaşaçılarla dolu olub.

“Pavelin qurban deyil, qəhrəman olduğu barədə Yuliya Qalyamina (rusiyalı ictuimai-siyasi xadim – red.) çox vacib sözlər dedi. Çünki o, şüurlu şəkildə şücaətli hərəkət göstərmişdir. Bizim heç də hər birimiz qəhrəman ola bilməz. Lakin hər birimiz vətəndaş ola bilər, öz ölkəsində, öz şəhərində elə vəziyyət yarada bilər ki, belə qəhrəmanlıq az tələb olunsun”, - deyə konsert iştirakçılarından biri Yuliya Qalyaminanın çıxışından sitat gətirib.

Qeyd edək ki, Kuşner öz “YouTube” kanalında yerləşdirdiyi müharibə əleyhinə videolara görə həbs edilmişdi. Onun ölümü zamanı bu kanalın cəmi beş abunəçisi vardı. 

Kuşnirin istintaq təcridxanasında ölümünün səbəbi ürək xəstəliyi kimi göstərilib. Amma musiqiçinin rəfiqəsi Pavelə qarşı zorakılığı istisna etmədiyini demişdi. Mərhumla Birobicanda vidalaşarkən şahidlər sol gözün ətrafında qan izlərini və hematoma görmüşdülər. Mərhumun dostları ölümün əsl səbəbini müəyyən etmək üçün meyitin müstəqil ekspertizası keçirmək istəsələr də, anası onun dərhal kremasiya olunmasında israr etdi.

Moskva Çaykovski Konservatoriyasının məzunu olan Pavel Kuşner Kursk, Kurqan Filarmoniyalarında solist işləyib. O, 2012-ci ildə Moskvanın “Bolotnaya” meydanında seçki saxtakarlığına qarşı etiraz aksiyalarında iştirak edib, sonra Krımın ilhaqına və Donbassdakı müharibəyə qarşı piketlərə çıxıb. 2014-cü ildə müharibə əleyhinə “Rus çərtməsi” kitabını yazıb. 2022-ci ildə Kurqanda müharibə əleyhinə vərəqələr yazıb, divarlarda yapışdırıb. Ukraynadakı müharibə konsertlərində iştirak etməmək məqsədilə 2023-cü ildə vilayət filarmoniyasının solist kimi Birobicana işləməyə gedib. 

2023-cü ilin mayında Kuşnir müharibə əleyhinə ilk aclıq aksiyasını elan etdi, ikinci aksiyası 100 gün davam etdi və 2024-cü ilin martında başa çatdı. O, üçüncü aclıq aksiyasına istintaq təcridxanasında olarkən başladı.

Sənət adamları Pavel Kuşnir adına beynəlxalq fond və təqaüd təsis ediblər. Bu beynəlxalq layihə dünyanın müxtəlif ölkələrinin musiqi müəssisələrində təhsil alan Ukraynadan olan gənc musiqiçilərə, eləcə də Rusiya və Belarusiyada diktatura rejimlərini tərk edənlərə dəstək üçün nəzərdə tutulub. 

Xatirə SADİQ