Vaşinqton ən pis ssenariyə hazırlaşır - Hörmüzdə qarşıdurma uzun çəkəcək

ABŞ administrasiyası Hörmüz boğazında İranla bir neçə gün, hətta həftələrlə davam edə biləcək hərbi qarşıdurma ehtimalını nəzərdən keçirir.

Jul 10, 2026 - 01:15
Vaşinqton ən pis ssenariyə hazırlaşır - Hörmüzdə qarşıdurma uzun çəkəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Ağ Ev İranın növbəti addımlarını diqqətlə izləyir və qarşıdurmanın müddəti Tehranın kommersiya gəmilərinə hücumları davam etdirib-etdirməyəcəyindən asılı olacaq.

ABŞ rəsmilərinin fikrincə, hərbi əməliyyatlar bir neçə gün ərzində başa çata biləcəyi kimi, həftələrlə də davam edə bilər.

Bildirilib ki, Vaşinqton Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün bütün mümkün ssenariləri nəzərdən keçirir.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında Hörmüz boğazı ətrafında gərginlik yenidən artıb. ABŞ İranın hərbi obyektlərinə zərbələr endirib, Tehran isə bu hücumlara cavab verəcəyini vəd edib.

Səlcuq