NATO Baş katibinin müavini vəzifəsinə bu xanım gətirilir - FOTO
NATO-nun baş katibinin müavini Şimali Makedoniyadan olan Radmila Sekerinskaya olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“Mən Radmila Şekerinskayanın növbəti baş katibin müavini təyin olunduğunu elan etməkdən məmnunam. O, NATO-ya həqiqətən inanır, Alyansa qoşulmaq üçün lazım olan işləri və tamhüquqlu üzv olmağın nə demək olduğunu bilir. Onunla bu həyati mühüm vəzifədə əməkdaşlığı səbirsizliklə gözləyirəm”, - deyə Rutte qeyd edib.
Qeyd edək ki, Şekerinskaya yeni vəzifəsini ilin sonunda tutacaq.
NATO baş katibi müavininin əsas rolu baş katibi əvəzləmək və 32 səfirin iştirak etdiyi Şimali Atlantika Şurasının həftədə iki dəfə keçirilən iclaslarına, o cümlədən Ukrayna-NATO Şurası da daxil olmaqla istənilən fövqəladə iclaslara sədrlik etməkdir.
Radmila Sekerinskaya
Şekerinskaya bundan əvvəl Şimali Makedoniyanın baş nazirinin Avropaya inteqrasiya üzrə müavini və müdafiə naziri vəzifələrində çalışıb.
Xatırladaq ki, NATO baş katibinin əvvəlki müavini Mirça Coana tutduğu vəzifədən istefa verib və Rumıniyada keçirilən prezident seçkilərində iştirak edir.
Xatirə SADİQ