İmamoğlu təcili xəstəxanaya yerləşdirildi
İBB-nin həbsdə olan sədri, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu təcili xəstəxanaya aparılıb.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Ə.İmamoğlunun səhhətində problem yaranmasıdır.
Məlumata görə, 4 aydır Silivridəki Mərmərə həbsxanasında məhkumluq həyatı yaşayan İmamoğlu şiddətli bel ağrısından şikayət edib.
İmamoğlu müayinə edildikdən sonra yenidən həbsxanaya qaytarılıb. Səhhəti ilə bağlı əlavə məlumat verilməyib.
Banu