Maliyyə naziri Putini alçaqlıqda ittiham etdi
Tramp administrasiyası Putinin Ukraynanı alçaqcasına bombalamağa davam etməsindən sonra Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün “bütün variantları” nəzərdən keçirir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent Fox News-un efirində bildirib.
Tramp komandasının üzvü Rusiya prezidenti Vladimir Putini alçaqlıqda ittiham edib.
“Düşünürəm ki, hər şey nəzərdən keçirilir. Prezident Putin Ankoricdəki tarixi görüşdən sonra, növbəti bazar ertəsi Avropa liderləri və prezident Zelenski Ağ Evdə olarkən telefon danışığından sonra [Alyaskadakı görüşdən sonra] söz verdiyinin tam əksinə hərəkət etdi. Mahiyyət etibarilə o, bombardman kampaniyasını ən alçaq və iyrənc şəkildə gücləndirdi. Ona görə də düşünürəm ki, prezident Trampla bütün variantlar gözdən keçirilir və düşünürəm ki, bu həftə onları çox diqqətlə öyrənəcəyik”.
Xatirə SADİQ