Minlərlə insan erkən seçkilər tələbilə küçələrə axışdı - Belqradda 

Serbiyanın paytaxtı Belqradda növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə böyük nümayiş keçirilib.

Sep 2, 2025 - 13:10
Minlərlə insan erkən seçkilər tələbilə küçələrə axışdı - Belqradda 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Sentyabrın 1-i axşam saatlarında on minlərlə etirazçı erkən seçkilərin keçirilməsi tələbi ilə Belqrad küçələri ilə yürüşə çıxıb. Onlar hazırkı prezident Aleksandr Vuçiçin lideri olduğu hakim partiyanı hakimiyyətdən uzaqlaşdırmağa ümid etdiklərini ifadə ediblər. 

Yürüş saat 19:00-da keçən il Novi Sad dəmir yolu vağzalının uçması nəticəsində həlak olanların xatirəsinə köhnə Belqrad dəmir yolu vağzalından başlayıb. Qeyd edək ki, məhz bu faciə 2024-cü ilin sonundan ölkədə genişmiqyaslı etirazların başlamasına səbəb olub. 

Belqraddan başqa Serbiyanın bir neçə başqa şəhərində də kiçik etiraz aksiyaları  keçirilib. 

N1 xəbər verir ki, Novi Sad şəhərində polis etirazçılara qarşı dəyənəklərdən və qumbaraatanlardan istifadə edib.

Xatirə SADİQ