Nüvə silahı Almaniyaya ötürüləcək? - “The Telegraph”
Əgər ABŞ qoşunlarını Avropadan çıxarsa, Fransa nüvə silahını Almaniyaya ötürə bilər.
SAVASHMEDİA.az bu barədə “The Telegraph”a istinadən xəbəbr verir.
Nəşr yazır ki, Almaniyanın gələcək kansleri Fridrix Merts qitənin ABŞ-dən müstəqilliyinə nail olmaq məqsədilə Britaniya və Fransanı nüvə müdafiəsini genişləndirməyə çağırıb.
Fransanın adı açıqlanmayan məmuru “The Telegraph”a bildirib ki, Almaniyaya nüvə silahı olan təyyarələrin yerləşdirilməsi Putinəismarıc olacaq.
Berlindəki diplomatlar isə güman edirlər ki, bu, eyni addımı atması üçün İngiltərəyə də təzyiq göstərə bilər.
Xatirə SADİQ