Alman nazir Moldovadakı referendumdan məmnun qalıb – “Yüngüllük hiss etdim”
Almaniyanın xarici işlər naziri Annalena Berbok Avrointeqrasiya ilə bağlı Moldaviyadakı referendumun nəticəsindən sonra yüngüllük hiss etdiyini etiraf edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün bülletenlər hesablandıqdan sonra seçicilərin 50,46%-i hökumətin Avropa İttifaqı (Aİ) ilə bağlı siyasətinin konstitusiyada təsbit edilməsinin lehinə səs verib.
Danimarka, Finlandiya, İslandiya, Norveç, Norveç və İsveçdən olan həmkarları ilə Berlində birgə çıxışında alman naziri deyib: “Bəli, bu, son dərəcə kəskin idi. Amma bu, hamımız üçün böyük rahatlıqdır və biz sizi səmimiyyətlə təbrik edirik”.
Nazir Moldovanın Aİ-yə üzvlük strategiyasını yerli əhalinin gələcəkdə sülh və azadlıq içində yaşaya bilməsi üçün təhlükəsizliyin ən yaxşı təminatı adlandırıb.
“Biz 100% həmrəyik və təkcə Ukraynaya deyil, həm də Moldovaya dəstəyimizdə qətiyyətliyik”, -deyə Berbok avropalı həmkarlarını nəzərdə tutaraq bildirib.
O, əlavə edib ki, iki il yarım əvvəl Rusiya hökmdarı Vladimir Putin təkcə Ukraynaya deyil, Moldovaya da hücum edib. Sadəcə, Moldovaya hücum hibrid müharibə vasitəsilə edilib.
Aİ Moldovada keçirilən seçki və referendumun Rusiyanın görünməmiş müdaxiləsi şəraitində baş tutduğuna diqqəti cəlb edib.
Xatirə SADİQ