Prezidentlə Baş nazir Türkiyəyə getmək üstündə məhkəməlik oldular - TƏFƏRRÜAT

Çexiya Prezidenti Petr Pavel ölkənin Baş naziri Andrey Babişi məhkəməyə verib.

Jun 23, 2026 - 16:56
Prezidentlə Baş nazir Türkiyəyə getmək üstündə məhkəməlik oldular - TƏFƏRRÜAT

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb NATO-nun Ankarada keçiriləcək Zirvə toplantısına kimin qatılacağı məsələsidir.

Belə ki, təqaüdə çıxmış general olan Çexiya prezidenti ölkə ənənələrini əsas gətirərək Zirvə toplantısında özünün iştirak etməli olduğunu vurğulayıb.

Baş nazir A.Babiş isə etiraz edərək bildirib ki, buna prezident qərar verə bilməz. Həmçinin ölkəsinin müdafiə büdcəsini artırmama qərarını NATO Zirvəsində şəxsən özü müdafiə etməlidir:

“Onun belə bir qərar vermək hüququ yoxdur. Bu Zirvə toplantısı çox önəmlidir. Ölkəmiz üçün çox da yaxşı keçməyə bilər, ancaq mövqeyimizi müdafiə etmək bizim məsuliyyətimizdir”.

Yaranan narazılıq fonunda prezident Baş naziri məhkəməyə verib.

Qeyd edək ki, Çexiya Konstitusiyasına görə, prezidentin səlahiyyətləri qanunlara veto qoymaqla məhdudlaşır. Xarici siyasəti isə hökumət müəyyən edir. Lakin Çexiya 1999-cu ildə NATO-ya üzv qəbul olunduqdan sonra ölkə prezidentləri nümayəndə heyətlərinə bəzən tək, bəzən də Baş nazirlərlə birgə rəhbərlik ediblər.

Xatırladaq ki, Çexiyada 2023-cü ildə keçirilən prezident seçkisində populist ANO partiyasının lideri Andrey Babiş (hazırki Baş nazir), Petr Pavelə (hazırki prezidentə) məğlub olub.

Banu