Peskovdan "Tramp zəng eləmədi" gileyi - Kremlin qulağı səsdədir

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında gözlənilən telefon danışığı baş tutmayıb.

Jul 9, 2026 - 15:19
Peskovdan "Tramp zəng eləmədi" gileyi - Kremlin qulağı səsdədir

SAVASHMEDİA.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov bildirib ki, iyulun 9-da Putinlə Tramp arasında hər hansı təmas planlaşdırılmasa da, Rusiya prezidenti zərurət yaranacağı təqdirdə ABŞ lideri ilə dialoqa hazırdır.

Kreml sözçüsü eyni zamanda ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyini də tənqid edib. O bildirib ki, Rusiyaya qarşı hərbi təzyiqlərin artırılması Ukrayna münaqişəsinin həllinə kömək etməyəcək və bu yanaşma vəziyyəti daha da gərginləşdirə bilər.

Peskovun sözlərinə görə, Vaşinqtonun mövqeyində ikili standartlar müşahidə olunur. O hesab edir ki, bir tərəfdən diplomatik həll yollarından danışılır, digər tərəfdən isə Ukraynaya hərbi dəstək genişləndirilir.

Açıqlama NATO sammitində Donald Trampın Ukraynaya əlavə dəstək və "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə bağlı verdiyi mesajlardan sonra səsləndirilib. 

Səlcuq