“Rubio məyusdur” – “Vanity Fair” nəşri

ABŞ dövlət katibi Marko Rubio ölkə siyasətində təsirinin olmamasından məyusdur və vəzifədə cəmi 18 ay qala bilər.

Mar 7, 2025 - 14:26
“Rubio məyusdur” – “Vanity Fair” nəşri

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Vanity Fair” nəşri yazıb.

Məqalədə deyilir ki, hətta amerikalı komiklər Rubionun Ağ Evdəki qalmaqaldan necə tamamilə yayındığını nəzərə çarpdırdılar. Rubionun obrazı memə çevrildi və onun davranışı bədən dili mütəxəssisləri tərəfindən fəal şəkildə müzakirə edildi.

Ağ Evə yaxın dörd tanınmış respublikaçının sözlərinə görə, Rusiyaya qarşı xarici siyasətdə “qırğı” hesab olunan Rubio deyib ki, Tramp administrasiyasının baş diplomatı olmasına baxmayaraq, ABŞ-də xarici siyasətə təsirinin olmamasından məyusdur.

KİV-in iki mənbəyi danışıb ki, Trampın xarici siyasət üzrə 9 xüsusi elçisini təyin etməsi və onlara Ağ Evdə ofislər ayırması Rubio üçün gözlənilməz olub.  Rubio həm də Trampın keçmiş dövlət katibi Mayk Pompeonun hökumət mühafizəsindən məhrum edilməsinə dair qərarını bəyənməyib.

Məqalə müəllifləri xatırladıblar ki, Tramp 2016-cı il Respublikaçılar Partiyasının  ilkin seçkilərində Rubio ilə rəqib olarkən onu “kiçik Marko” adlandırmaqla ələ salırmış.

Tramp Respublikaçılar Partiyasını ələ keçirdikdən sonra isə Rubio yeni reallıqlarda öz yerini tapmağa çalışıb. KİV güman edirmiş ki, Tramp seçkilərdə Rubionun namizədliyini vitse-prezident vəzifəsinə irəli sürəcək. Hazırda bu vəzifəni Cey Di Vens tutur. 

Nəşr vurğulayıb ki, məsələ, Trampın Amerikanın xarici siyasətini naməlum sulara apardığı halda, Rubionun administrasiyanı nə qədər dəstəkləyəcəyindədir. Medianın mənbələrindən biri güan edib ki,  Rubionun istefadan əvvəl 18 ay vəzifəsində qala biləcək. 

Xatirə SADİQ