"Trampdan inciməmişəm" - Zelenski
Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın onu “diktator” adlandırmasından incimədiyini deyib.
SAVASHMEDİA.az xəbər verir ki, mətbuat konfransında Zelenskidən müharibə zamanı seçki keçirmək istəmədiyinə görə onu “diktator” adlandıran Trampın sözlərini şərh etməsi istənilib.
“Burada emosiyaya yer yoxdur. Mən hazırkı ABŞ administrasiyası ilə münasibətlərə praqmatik yanaşıram və bundan sonra da belə edəcəyəm. Amma təbii ki, prezident Trampın mənə ünvanladığı bu sözləri yumşaq desək, tərif adlandırmazdım. Amma niyə inciməliyəm? Diktator olan “diktator” sözündən inciyər. Mən qanuni yolla seçilmiş prezidentəm, hakimiyyətə heç bir qüvvə ilə gəlməmişəm. Mən 73 faiz səslə seçilmişəm. Hərbi vəziyyət başa çatdıqdan sonra seçkilər olacaq və insanlar öz seçimini edəcəklər”, - Zelenski bildirib.
Zelenski vurğulayıb ki, o, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisində “hakimiyyətdə olmasına” imkan verməyəcək.
Oğuz