Neft 300 dollara qədər bahalaşa bilər - İraq rəsmisi

İran və İsrailin qarşıdurması fonunda Yaxın Şərqdə vəziyyətin gərginləşməsi neftin qiymətinin 200-300 dollar/barel səviyyəsinə qalxmasına səbəb ola bilər.

Jun 15, 2025 - 02:11
Neft 300 dollara qədər bahalaşa bilər - İraq rəsmisi

SAVASHMEDİA.az xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn almaniyalı həmkarı İohan Vadeful ilə telefon danışığı zamanı deyib.

İraqın İNA xəbər agentliyi F.Hüseynə istinadən yazır: "Bölgədə münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması ciddi iqtisadi sarsıntılara səbəb ola bilər. Hərbi əməliyyatlar başlasa, neftin qiyməti 200-300 dollar/barelə qədər yüksələ bilər".