İran Hayfanı vurdu - Ölən və yaralılar var
İranın raket hücumu nəticəsində Hayfanın şərqindəki Tamra şəhərində bir nəfər ölüb, 14 nəfər yaralanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
Məlumata görə, raketlər ikimərtəbəli yaşayış binasına düşüb.
Bildirilir ki, İran Hayfa istiqamətinə 40-dan çox raket zərbəsi endirib.