USAİD proqramlarının 83 faizi ləğv olunub – Marko Rubio

ABŞ prezidenti Donald Trampın administrasiyası USAİD proqramlarının 83%-ni ləğv edib. 

Mar 10, 2025 - 13:35
USAİD proqramlarının 83 faizi ləğv olunub – Marko Rubio

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində yazıb. 

“Hazırda ləğv edilən 5200 müqavilə arasında on milyardlarla dollar ABŞ-nin əsas milli maraqlarına uyğun olmadan (və bəzi hallarda hətta onların zərərinə) xərclənib”.

O əlavə edib ki, Konqreslə məsləhətləşmədən sonra proqramların qalan 18%-i (təxminən 1000 proqram) Dövlət Departamenti tərəfindən idarə olunmalıdır. 

Xatirə SADİQ