Slovakiya müxalifəti Fitsonu sərt tənqid etdi - “Bu, böyük biabırçılıqdır”
Slovakiyanın baş naziri Robert Fitsonun “Rossiya-1” telekanalına müsahibəsi ölkəsində hiddətlə qarşılanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Məlumatda deyilir ki, Slovakiya müxalifəti Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən sonra ilk dəfə verilən bu müsahibəni sərt tənqid edib və “Fitsonun rəhbərliyi altında Slovakiyanın xarici siyasətinin dəyişdirilməsi” kimi qiymətləndirib.
“Öz evində onun quraması (hökumət) dağılır, səhiyyə baş nazir üçün mövzu deyil, lakin o, Putinə xidmət etməyə vaxt tapacaq. Bu, böyük biabırçılıqdır”, - deyə parlamentdəki ən iri müxalifət partiyasının başçısı Mixal Şimeçka bildirib.
Qeyd edək ki, Slovakiyanın baş naziri “Rossiya-1” telekanalına müesahibəsində gələn il II Dünya Müharibəsinin ildönümü üçün Moskvaya səfər etmək istədiyini və Aİ-nin Ukraynadakı müharibəyə yanaşmasını tənqid edib.
Xatırladaq ki, Fitsonun solçu millətçi hökuməti hakimiyyətə gəldikdən sonra dərhal Kiyevə hərbi təchizatı kəsdi və silah təchizatının münaqişəni uzatdığı kimi cəfəng ideyanı müdafiə etməyə başladı.
Xatirə SADİQ