“Bayden xələfinin andiçmə mərasimində iştirak edəcək” – Ağ Ev
“Hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, ABŞ-nin hazırkı prezidenti Co Bayden öz xələfinin andiçmə mərasimində iştirak etməyi planlaşdırır”.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.
Sözçü bildirib ki, hakimiyyətin təhvil-təslim prosesi dinc şəkildə keçəcək: “Bu prezident hakimiyyətin dinc yolla ötürülməsinə inanır və siz məhz bunu görəcəksiz. Söhbət ondan getmir. Söhbət Amerika xalqından gedir. Amerika xalqının kimin qalib gəldiyini görməsi lazımdır”.
Ağ Evin sözçüsü qeyd edib ki, səlahiyyət müddəti başa çatan prezidentlər mütəmadi olaraq öz xələflərinin andiçmə mərasimlərində iştirak edirlər.
“O, (Bayden – red) əlbəttə, inaqurasiyada iştirak edəcək”, - deyə sözçü əlavə edib.
Maraqlıdır ki, sözçü prezident vəzifəsindən gedən Donald Trampın 2021-ci ildə Baydenin andiçmə mərasimində iştirak etmədiyini yada salmayıb.
Xatırladaq ki, Tramp və xanımı Melaniya prezident Baydenin inauqurasiyasından əvvəl Ağ Evi tərk etmişdilər.
Xatirə SADİQ