ABŞ ordusu hava zərbələri endirib – Suriyada
ABŞ ordusu bu həftə “İslam Dövləti”nin (İD) Suriya səhrasındakı bir neçə düşərgəsinə hava zərbələri endirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu bareədə “Amerikanın səsi” məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən verilən məlumatda bildirilir ki, hava zərbələri nəticəsində İD qruplaşmasının 35-ə qədər döyüşçüsü öldürülüb.
Komandanlıqdan bildirilib ki, bazar ertəsi endirilən zərbələr “İslam Dövləti”nin yüksək rütbəli liderlərini hədəf alıb, mülki əhali arasında itki yoxdur.
Qeyd edək ki, Vaşinqton bu yolla ölkəyə, müttəfiqlərinə və tərəfdaşlarına gələcək hücumların qarşısını almaq məqsədilə İD-nin əməliyyat imkanlarını zəiflətməyə çalışır.
ABŞ tərəfindən İD terror qruplaşması elan edilib.
Xatirə SADİQ