Bu həftə ruslar amerikalılarla görüşməyəcək – Rusiya XİN
Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında danışıqların yeni raundu bu həftə planlaşdırılmır.
SAVASHMEDİA.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
CNN telekanalının Rusiya və ABŞ arasında yeni görüşün bu həftə Səudiyyə Ərəbistanında baş tuta biləcəyi ilə bağlı xəbərini şərh edən Zaxarova deyib ki, bu barədə müvafiq məlumat yoxdur.
“Planlaşdırılmır. Bundan başqa, Amerika tərəfdən heç bir məlumat daxil olmayıb”, - deyə XİN sözçüsü əlavə edib.
Xatirə SADİQ