Sergey Lavrov Venesuelaya zəng etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ilə telefon danışığı aparıb.

Jan 3, 2026 - 20:06
Sergey Lavrov Venesuelaya zəng etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Lavrov hökumətin siyasi kursuna dəstəyini ifadə edib.

Tərəflər həmçinin vəziyyətin daha da gərginləşməsinə yol verməmək və dialoq vasitəsilə çıxış yolu tapmağın lehinə çıxış ediblər.

Oğuz