"Əməliyyatdan əvvəl Maduro ilə danışdım, ona dedim ki..." - Tramp

ABŞ Prezidenti Donald Tramp Venesueladakı əməliyyatın bəzi təfərrüatlarını açıqlayıb.

Jan 3, 2026 - 19:08
Jan 3, 2026 - 19:11
"Əməliyyatdan əvvəl Maduro ilə danışdım, ona dedim ki..." - Tramp

SAVASHMEDİA.az-ın xəbərinə görə, "Fox News"a danışan Donald Tramp başqa çarələrinin qalmadığını bildirib.

"Mən bu əməliyyatdan əvvəl Maduro ilə şəxsən danışdım, onu könüllü təslim olmağa çağırdım. Göründüyü kimi, o, buna razılaşmadı və ABŞ Maduronu yaxalamaq üçün əməliyyat hazırlamaq məcburiyyətində qaldı".  

Tramp əlavə edib ki, Venesueladakı xüsusi əməliyyat zamanı ABŞ hərbi qüvvələri hər hansı itki verməyib. 

Səlcuq