Britaniyanın iki diplomatı Rusiyadan çıxarılır
Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibi və digər britaniyalı diplomatın əri Rusiya Federasiyasındakı akkreditasiyadan məhrum ediliblər.
SAVASHMEDİA.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu addımı britaniyalıların özləri haqqında yalan məlumat verdikləri və təxribatçı kəşfiyyat işlərində iştirakına dair sübutlarla izah edib.
FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib ki, britaniyalılara iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib.
“Etibarlı şəkildə müəyyən edilib ki, səfirliyin ikinci katibi, 25.12.1990-cı il təvəllüdlü Alkeş Odedra və səfirliyin siyasi şöbəsinin birinci katibi Təbəsüm Rəşidin əri, 30.06.1992-ci il təvəllüdlü Maykl Skinner ölkəmizə gəlmək üçün icazə alarkən qəsdən yalan məlumatlar veriblər və bunun Rusiya qanunvericiliyini pozublar. Eyni zamanda FTX həmin diplomatların Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat işləri həyata keçirmələrinin əlamətlərini üzə çıxarıb”, - deyə mərkəz əlavə edib.
Xatirə SADİQ