Okan Buruk "Fənərbağça"ya keçəcək Aktürkoğluya belə etiraz etdi - FOTO
“Qalatasaray”ın baş məşqçisi Okan Burukla sabiq futbolçusu Kərəm Aktürkoğlu arasında “Fənərbağça”ya görə narazılıq yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, Okan Buruk “Fənərbağça”ya keçəcəyi üçün Kərəmdən inciyib və onu “İnstagram”da izləmədən çıxarıb.
O.Burukun bu hərəkətinə Keremdən cavab gecikməyib. O da Buruku izləməyi dayandırıb. “Qalatasaray” azarkeşləri O.Burukun hərəkətini təqdir etdikləri halda, Kərəmi tənqid atəşinə tutublar.
Aktürkoğlu bu məsələdən sonra "Discord" tətbiqindəki profilində aslan şəklini silib.
Qeyd edək ki, K.Aktürkoğlu hazırda Portuqaliyanın “Benfika” futbol klubunun formasını geyinir. “Fənərbağça” Kərəm üçün kluba 25 milyon avro ödəməyə hazırdır.
Klub bu məbləğə razı olsa da, yekun qərarını açıqlamayıb. “Benfika” klubu qərar üçün Çempionlar Liqasının seçmə oyunlarının nəticələrini gözləyir.
Banu