Meloni bu prezidentdən də gözünü çəkə bilmədi - FOTOLAR
İtaliyanın Baş naziri Corcia Meloni ilə Mozambik Prezidenti Daniel Çapo görüşü maraqlı anlarla yadda qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, D.Çapo İtaliyaya səfəri çərçivəsində C. Meloni ilə görüşüb.
Görüşdə enerji, ticarət və əməkdaşlığa dair məsələlərlə yanaşı iki lider arasındakı boy fərqi də maraqla qarşılanıb.
Belə ki, boyu 1,58 metr olan Meloni ilə 2,04 metr boyu olan prezidentin yan-yana dayanıb çəkdirdiyi şəkillər qısa zamanda gündəm olub.
Daniel Çaponun boyu Meloninin təəccübünə səbəb olub. İtaliyan Baş nazir görüş boyunca təəccüblü baxışlarını Çapodan çəkə bilməyib.
Qeyd edək ki, Daniel Çapo bu il 70 faiz səslə Mozambik prezidenti seçilib. Böyük səs faizi ilə seçilməsinə baxmayaraq, dünya D.Çaponu seçki prosesində baş verən qanun pozuntuları, onlarla insanın ölümünə səbəb olan iğtişaşlarla tanıdı.
Banu