Ukrayna İjevskdəki hərbi zavodu vurdu, ölənlər var - VİDEO

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın İjevskdəki hərbi zavoduna hücum edib.

Jul 1, 2025 - 13:41
Ukrayna İjevskdəki hərbi zavodu vurdu, ölənlər var - VİDEO

SAVASHMEDİA.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib.

“İjevskdəki müəssisələrdən birinə pilotsuz təyyarələr tərəfindən hücum edilib. Bütün operativ yardım xidmətləri hadisə yerinə yola düşüb. Həlak olanlar var. Yanğınsöndürənlər yanğını söndürür. Şirkətin əməkdaşları təxliyə edilib. Yaralılara lazımi tibbi yardım göstərilir”, - o, Teleqram kanalında yazıb.

ASTRA yazıb ki, İjevskə hücum zamanı ən azı 9 nəfər yaralanıb. 
 
“Kiberboroşno” layihəsinin analitikləri qeyd ediblər ki, İjevskdəki elektromexaniki zavodu zenit-raket komplekslərinin, xüsusən “Tor” və “Osa” sistemlərinin hazırlanması və istehsalı üzrə ixtisaslaşıb.

Müəssisə Rusiyanın hava hücumundan müdafiə sistemində aparıcı holdinq olan “Almaz-Antey” konserninə daxildir.

Xatirə SADİQ