Kim Çen In ağladı - Diktator tabut önündə göz yaşları tökdü
Şimali Koreya lideri Kim Çen In Rusiya tərəfindən Ukraynaya qarşı döyüşərkən həlak olan Şimali Koreya əsgərlərinin xatirəsini yad edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu gün Şimali Koreyanın dövlət televiziyası Pxenyanda Kimin öldürülən Şimali Koreyalılardan birinin tabutunun üzərinə Şimali Koreya bayrağını qoyduğu mərasimin görüntülərini nümayiş etdirib.
Mərasimdə onu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova müşayiət edib.
Məlumata görə, bazar günü, iyunun 29-da baş tutan mərasimin səbəbi Şimali Koreya ilə Rusiya arasında hərbi sazişin imzalanmasının ildönümü olub. İki ölkə arasında “hərtərəfli strateji tərəfdaşlıq” haqqında müqavilədə müdafiə sahəsində qarşılıqlı yardımın göstərilməsi bəndi də var.
Qeyd edək ki, Rusiyanın Ukrayna ilə həmsərhəd olan Kursk vilayətində Şimali Koreya bölmələri Ukrayna qoşunlarını Rusiya ərazisindən çıxarmaq üçün Rusiya tərəfində döyüşüb. Cənubi Koreyanın məlumatına görə, döyüşlərdə 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub, minlərlə əsgər isə yaralanıb.
Yağmur