Latviya 17 portala girişi bağladı
Latviyada Kremlin narrativlərinə uyğun olaraq dünya hadisələri haqqında məlumat verən və ya digər Rusiya təbliğatını dərc edən Rusiya domenlərinə malik 17 portala giriş bağlanıb.
SAVASHMEDİA.az “Delfi” portalına istinadən xəbər verir ki, bu barədə Latviya Milli Elektron Media Şurası (NEPLP) göstəriş verib.
Tənzimləyici başqa qurumun müraciətindən sonra portalların məzmununa baxışın nəticələrinə əsasən bu qərarı qəbul edib.
Latviya provayderləri həmin saytlara daxil olmağı bağlamalıdır.
Xatırladaq ki, Moldovada seçkilərə az qalmış 7 sayta, xüsusən də Rusiyanın RİA “Novosti” təbliğat agentliyinə, eləcə də qondarma Krım “hökumətinin” saytına giriş bloklandı.
Xatirə SADİQ