Aİ Çinə sanksiyalar tətbiq edəcək - SƏBƏB

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəklədiyi üçün Çinə sanksiya tətbiq etməyə hazırlaşır.

Aug 5, 2025 - 13:44
Aİ Çinə sanksiyalar tətbiq edəcək - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Politico” yazır. 

Nəşr qeyd edir ki, Aİ bu qərara “Reuters” agentliyinin Çinin sanksiyalardan yan keçmək üçün soyuducu qurğular adı altında Rusiyaya dron mühərrikləri tədarük etməsi barədə xəbərindən sonra gəlib.
 
Bu araşdırma Brüsseldə narahatlıq doğurub. Aİ-nin 15 üzv ölkəsi bu tədarüklə bağlı Pekinə müraciət edib, lakin Çin ya öz aidiyyətini rədd edib, ya da cavabdan imtina edib.

“Araşdırma dəqiqdir və bu, Çinin həm kəmiyyət, həm də keyfiyyət baxımından iştirakını gücləndirdiyini göstərir. Əminliklə demək olar ki, Çinin dəstəyi olmasaydı, bu müharibə çox fərqli görünərdi”, - deyə avropalı diplomatlardan biri “Politico”ya bildirib.

Diplomatın sözlərinə görə, Aİ Çinin dronları Rusiyaya ötürməsinə dair xəbərin dərcindən öncə bu barədə məlumatlı olub. “Avqustdan sonra biz sanksiyaların tətbiqinə çalışacağıq. Biz dialoq tərəfdarıyıq, amma konkret addımlar da istəyirik”, - deyə diplomat vurğulayıb. 

Xatirə SADİQ