Kişinyov separatçıların təklifini rədd etdi - “Manipulyasiyadır!”

Moldova hökuməti separatçı Dnestryanı bölgənin respublika ərazisində Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendum keçirmək təklifini “manipulyasiya” adlandırıb. 

Oct 11, 2024 - 15:47
Oct 13, 2024 - 00:09
Kişinyov separatçıların təklifini rədd etdi - “Manipulyasiyadır!”

SAVASHMEDİA.az xəbər verir ki, Moldova hökumətinin saytında dərc olunmuş bəyanatda Kişinyov bu təklifin  ölkənin mövcud qanunvericiliyinə zidd olduğunu xatırladıb. 

Bəyanatda bildirilib ki, hüquq normaları kənar müdaxiləyə, təhlükəsizlik və etimada təminatın olmadığı nəzarətsiz ərazidə seçki məntəqələrinin açılmasına imkan vermir. Bu, seçkinin nəticələrini təhlükə altına qoya bilər.

Tiraspola seçki prosesinə müdaxilədən çəkinmək tövsiyəsi verilib. 

Qeyd edək ki, qondarma Dnestryanı rejim Moldova hakimiyyətinə separatçıların işğal etdikləri ərazidə də Aİ-yə daxil olmaq məsələsi üzrə referendumun keçirilməsi imkanlarına baxmağı təklif edib. 

Xatirə SADİQ