"Onlara evimdə süfrə açırdım, zəng də eləmədilər" - Rəqsanə bu məşhurları qınadı
“Könül Kərimovadan, Elnarə Abdullayevadan, Damladan, aparıcılar - Afaq Gəncəlidən, Nanə Ağamalıyevadan, Zaur Baxşəliyevdən, Xoşqədəm Hidayətqızıdan, Lamiyə Ələkbərovadan çox incimişəm”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu müğənni Rəqsanə İsmayılova qonaq olduğu “Qonaqcanlı verilişində deyib.
Müğənni inciməsinin səbəbini də açıqlayıb:
“Arada illər var, bu günün müğənnisi deyiləm. İllərlə onların verilişlərinin qonağı olmuşam, dəvət ediblər. Mən sənətə təzə gələndə Lamiyə xanım uzun bir müddət mənim yanımda çalışıb. Onlar niyə belə dediyimi başa düşərlər. Ayaqlarına daş dəysə, özüm zəng etmişəm, Moskvada olsam belə anamı yanlarına göndərmişəm, diqqət göstərmişəm.
Damla mənə yazmışdı. Dedim, səninlə əlaqə saxlayacağam, ancaq saxlamadım. Çünki incimişəm. Axı mən onları evimdə elə qəbul etməmişdim. Elnarə xanım pandemiyadan sonra Moskvada konsert verdi, gül-çiçəklə gedib ön sırada oturdum. Onu musiqiçiləri ilə birgə evimə qonaq apardım, süfrə açdım. Könül xanım Moskvada evimin qonağı olub, ona da süfrə açmışam. Ancaq o da bir dəfə zəng etmədi, bir dəfə mesaj yazmadı. Ancaq İradə İbrahimova təyyarədən enib birbaşa anamın yanına gedib. Yazıb maraqlanmaq üçün nə lazım idi? Bütün günü birlikdə yeyib-içməli deyildik ki. İllərdir, münasibətimiz var idi axı...”
Banu