Gürcüstanda qırmızı təhlükəsizlik səviyyəsi elan edildi
Gürcüstan parlamentinin rəhbərliyi paytaxtdakı etirazlar fonunda qırmızı təhlükəsizlik səviyyəsini tətbiq edib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
“Qırmızı səviyyə zamanı təhlükənin xüsusiyyətləri nəzərə alınmaqla parlament aparatının rəhbəri tərəfindən müəyyən edilən şəxslərdən başqa heç kim Gürcüstan parlamentinə buraxılmayacaq”, - məlumatda deyilir.
Qırmızı təhlükəsizlik səviyyəsinin nə qədər qüvvədə qalacağı bildirilmir.
Xatırladaq ki, dünəndən Tiflisdə başlayan etirazlara hakimiyyətin Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını elan etməsi səbəb olub.
Xatirə SADİQ