Zurabişvili Aİ-ni köməyə çağırdı 

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqını (Aİ) Rusiyanın Gürcüstanda fəaliyyət azadlığı əldə etməsinə imkan verməməyə çağırıb. 

Nov 29, 2024 - 11:30
Zurabişvili Aİ-ni köməyə çağırdı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Salome Zurabişvili öz mikrobloqunda yazıb. 

Hakimiyyətin Avropaya inteqrasiya prosesinin dayandırıldığını elan etməsindən sonra ölkə prezidenti Tiflisdə cərəyan edən hadisələri belə şərh edib.

“Avropa İttifaqı tərəfdaşlarımızın öz sözünü deməsinin vaxtı çatıb! Rusiyanın sərbəst şəkildə fəaliyyət azadlığı əldə etməsinə imkan verməyin! Gürcü xalqı Avropanın gələcəyini müdafiə edir və bunu azad və ədalətli şəraitdə təkrar seçkilərə qədər qoruyacaq!”.

O, digər postunda Rusiyanın Avropaya qarşı strategiyasına diqqəti cəlb edib: 

“Gürcüstan, Rumıniya!!! Qərb liderlərinin Rusiyanın Avropaya qarşı strategiyasını deşifrə etməsi kifayətdirmi: Ukraynada hərbi müharibə, Tiflis və Buxarestdə “seçkiqabağı müharibə”...???!!!”.

Zurabişvili deyib ki, artıq hakimiyyətdəki məmurlar etiraza başlayıblar: “Bürokratiya oyanır! Gürcüstan Xarici İşlər Nazirliyinin 44 dövlət qulluqçusu bəyanat yayaraq bugünkü anti-Avropa bəyanatını Gürcüstanın milli maraqlarına zidd olaraq qiymətləndirərək pisləyib”.

Xatirə SADİQ