ABŞ kəşfiyyatı Macarıstana xəbərdarlıq edib

ABŞ-nin xüsusi xidmətləri oktyabrəın 23-də (1956-cı il sovet işğalına qarşı üsyanın anım günü) silahlı insidentin ola biləcəyi ilə əlaqədar Macarıstan hökumətini xəbərdarlıq edib.

Oct 21, 2024 - 18:41
ABŞ kəşfiyyatı Macarıstana xəbərdarlıq edib

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Telex” nəşri məlumat yayıb. 

Məlum olub ki, Amerika kəşfiyyatı təxminən iki həftə əvvəl silahlı aksiyanın ola biləcəyi ilə əlaqədar Macarıstan tərəfinə məlumat ötürüb.

ABŞ-nin məlumatına görə, müəyyən şəxslər 1956-cı il hadisələrinin ildönümündə silahlı aksiya hazırlaya bilər.

Hələlik rəsmi təsdiq olmasa da, həftəsonu Terrorla Mübarizə Mərkəzinin əməkdaşları Budapeştdəki pablardan birində onlarla gənci saxlayıblar.

Nəşr iddia edir ki, bu reyd ABŞ kəşfiyyatından alınmış məlumatla bağlıdır.

Xatirə SADİQ