"Məni Trampla o tanış etməyib" - Melaniya Epşteyndən DANIŞDI

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp mətbuatda yayılan iddialara münasibət bildirib.

Apr 10, 2026 - 10:46
"Məni Trampla o tanış etməyib" - Melaniya Epşteyndən DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, "White House" tərəfindən yayılan açıqlamada Melaniya Epşteyn ilə əlaqəsi olması barədə xəbərləri təkzib edib.

Melaniya Tramp bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "O, məni Donald Trampla tanış etməyib. Biz təsadüfən tanış olduq".

O əlavə edib ki, həyat yoldaşı ilə birlikdə bəzən eyni tədbirlərə dəvət alsalar da, Epşteynlə heç bir şəxsi əlaqəsi olmayıb.

"Mən bu tədbirlərdə iştirak etməmişəm, onun təyyarəsində uçmamışam və adasına baş çəkməmişəm", - deyə Melaniya Tramp vurğulayıb.