“HƏMAS”dan Trampın təklifinə reaksiya - “Xaos və gərginlik reseptidir”
Fələstinin “HƏMAS” hərəkatı ABŞ prezidenti Donald Trampın Qəzza zolağının sökülməsi və fələstinlilərin köçürülməsi haqqında təklifini rədd edib.

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə hərəkatın rəhbərliyində təmsil olunan Sami Əbu Zuhri danışıb.
Zuhri Trampın Qəzzə sakinlərinin tərk etməkdən başqa alternativi olmadığına dair iddialarının qəbuledilməz olduğunu bildirib.
“Biz onlara regionda xaos və gərginlik yaratmaq üçün resept kimi baxırıq”, - deyə Zuhri vurğulayıb.
Qeyd edək ki, Tramp İsrailin baş naziri Binyamin Netanyahunu Oval kabinetdə qəbul edərkən Qəzza zolağının yaşayış üçün yararsız olduğu üçün tamamilə sökülməli olduğunu, fələstinlilərin Misir və İordaniyaya köçürülə biləcəyini təklif edib.
Xatirə SADİQ