Paşinyan Vaşinqton görüşü ilə bağlı Putinə zəng etdi
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Nikol Paşinyan avqustun 8-də ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə Vaşinqtonda keçirilən görüşün nəticələri barədə ətraflı məlumat verib. O, bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin paraflanması, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətin ünvanlanması və regional kommunikasiyaların açılmasına dair razılaşmaya diqqət çəkib.
Buna cavab olaraq Vladimir Putin İrəvanla Bakı arasında davamlı sülhün bərqərar olmasına töhfə verən addımların vacibliyini vurğulayıb.
aş nazir əmin olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün yeni imkanlar açır. Həmsöhbətlər fəal təmasları və siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.