Britaniya “Tayfun” qırıcılarını Ukraynaya göndərir? – “The Times”

Böyük Britaniya hava patrul missiyasını yerinə yetirmək üçün Ukraynaya “Tayfun” (Typhoon) qırıcı təyyarələrini göndərmək imkanını nəzərdən keçirir. 

Feb 19, 2025 - 13:43
Britaniya “Tayfun” qırıcılarını Ukraynaya göndərir? – “The Times”

SAVASHMEDİA.az bu barədə “The Times” nəşrinə istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, britaniyalı nazirlər Ukraynanın ərazisinə çoxlu sayda hərbçi yerləşdirməyə ehtiyac olmadan onun təhlükəsizliyinə zəmanətin təmin edilməsi yollarını müzakirə ediblər.

Mənbələrindən biri qeyd edib ki, “hava patrulu” missiyası məntiqli ola bilər, hərçənd bunun üçün xeyli sayda təyyarə, eləcə də qırıcıları qorumaq üçün hava hücumundan müdafiə sistemləri lazımdır.

Məqalədə deyilir ki, nəzəri baxımdan Böyük Britaniya və digər Avropa ölkələrindən kiçik sülhməramlı qüvvələr yerdə müdafiəni təmin edərkən onlarla “Tayfun” Rusiyanın istənilən hücumunu dəf etmək üçün hazır vəziyyətdə saxlanıla bilər.

Nəşr güman edir ki, Böyük Britaniyanın rəhbərlik etdiyi belə missiya NATO-nun Baltikyanı ölkələrdə artıq icra olunan missiyalarına nümunə ola bilər.

Xatirə SADİQ