Putinlə Trampın anlaşdığı 4 bəndlik saziş - Görün razılaşmada nələr var?
ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol iddia edir ki, Vaşinqton Rusiya ilə mümkün razılaşma üçün bir sıra şərtlər irəli sürüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Makfolun iddia etdiyi şərtlər bunlardır:
- Rusiya tərəfindən işğal olunmuş ərazilərin saxlanılması;
- Ukraynanın NATO-ya üzvlüyündən imtina edilməsi;
- ABŞ qoşunlarının nə Ukraynada, nə də Avropada yerləşdirilməsi;
- Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılması.
Bu təkliflər, əgər həqiqət olarsa, Ukraynanın NATO-ya inteqrasiyasına ciddi zərbə vurmaqla yanaşı, Rusiyanın işğal etdiyi ərazilərdə hakimiyyətini rəsmi şəkildə möhkəmləndirə bilər.
Bu cür razılaşmanın baş tutması halında Ukrayna yalnız NATO üzvlüyünü deyil, eyni zamanda işğal olunmuş ərazilərini də itirmək təhlükəsi ilə üzləşə bilər. Xüsusilə, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində qalması Ukraynanın suverenliyinə ciddi zərbə vura bilər.
Ukrayna rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, ərazi bütövlüyü məsələsində heç bir kompromis olmayacaq. Prezident Volodimir Zelenski də açıq şəkildə bildirib ki, Rusiya ilə yalnız işğal olunmuş torpaqların tam azad edilməsi şərti ilə sülh danışıqları aparıla bilər.
Rusiya tərəfi isə indiyədək işğal olunmuş ərazilərdən geri çəkilmək fikrində olmadığını və Ukraynanın NATO-ya üzvlüyünü “qırmızı xətt” kimi gördüyünü bildirib.
Hələlik ABŞ hökuməti Maykl Makfolun açıqladığı şərtlərlə bağlı rəsmi açıqlama verməyib. (musavat)