Türkiyənin əfsanəvi müğənnisi xərçəng xəstəliyindən vəfat etdi – FOTO + VİDEO
Türkiyənin əfsanəvi müğənnisi, məşhur aktrisa Ayla Başar vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Film-San Vakfı məlumat yayıb.
Vəqf müğənninin ölümü ilə bağlı ailəsinə və pərəstişkarlarına başsağlığı verib.
Məlumata görə, A.Başar bir müddətdir müalicə alırmış. O, xərçəng xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, Ayla Başar 1942-ci ildə İstanbulda doğulub.”Hoşgeldin”, “Vardar Ovası”, “Sen de Bizdensin”, “Sarmaşık Güller” ve “Köylü Güzeli” kimi mahnılarla məşhurlaşan Başar “Sevenler Ölmez” (2008), “Hatırladıkça” (1986) ve “Asılacak Kadın” (1984) filmlərində də rol alıb.
Banu
Fotoda: Ayla Başar