“Cənubi Qafqazda baş verənlər çox böyük problemdir” - Solovyov
Rusiyanın təbliğat təlxəyi rolunda çıxış edən Vladimir Solovyov Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda nail olduğu diplomatik zəfərdən qorxuya düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Agentstvo” telegram kanalı məlumat yayıb.
“Rossiya 1” telekanalının “Bazar gecəsi” verilişində Solovyov bildirib ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir.
Onun sözlərinə görə, tezliklə Xəzər dənizi regionunda NATO bazaları peyda ola bilər. “Bu, o qədər təhlükəlidir ki, geosiyasi nöqteyi-nəzərdən düşünsək, bu, elə nəticələrə gətirib çıxara bilər ki, bu, bizim nəslin sonuncu Xüsusi Hərbi Əməliyyatı olmaya bilər”, - deyə Solovyov vurğulayıb.
“Agentstvo” qeyd edib ki, Cənubi Qafqazdan danışarkən Solovyov, görünür, ötən cümə günü Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan liderləri arasında sənədlər paketinin imzalanmasını nəzərdə tutub: “Rusiya telekanalları bu hadisəni tam işıqlandırmadı. Bazar günü “Vesti”nin yekun proqramında da bu barədə heç bir süjet yox idi”.
Xatirə SADİQ