“Rusiyanın şərtlərini qəbul etmirik” – Donald Tusk

Avropa liderləri Ukrayna üzrə gələcək danışıqlarla bağlı ümumi mövqe hazırlayıblar. 

Aug 11, 2025 - 16:05
“Rusiyanın şərtlərini qəbul etmirik” – Donald Tusk

SAVASHMEDİA.az Onet portalına istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk bildirib.

Onun sözlərinə görə, son saatlar ərzində Fransa, Almaniya, İtaliya, Finlandiya və Böyük Britaniya ilə aparılan danışıqlar nəticəsində vahid mövqe ortaya çıxıb.

“Biz ümumi mövqe işləyib hazırlamışıq, o, sadəcə olaraq bundan ibarətdir ki, Ukrayna ərazisini ələ keçirməyi nəzərdə tutan Rusiyanın şərtlərini qəbul etməyəcəyik”, - deyə Polşa baş naziri vurğulayıb. 

Tuskun sözlərinə görə, Avropa hesab edir ki, sərhədləri “zor gücünə dəyişdirmək olmaz”.

O əlavə edib ki, bunu təkcə Qərbin Ukraynaya dəstək verməsi zərurəti ilə deyil, həm də “Polşanın təhlükəsizliyinə aid olduğuna” görə deyir.

Digər Avropa liderləri Tuskdan öncə Ukraynaya dəstəklərini ifadə ediblər. Onlar  bildiriblər ki, həm Ukrayna, həm də Avropa danışıqlara cəlb olunmalı və sülh prosesində onların maraqları və narahatlıqları nəzərə alınmalıdır.

Xatirə SADİQ