Kremldən partlayışa reaksiya – “İndi şərh vermək mümkün deyil”
Kreml “Alıye parusa” yaşayış kompleksində partlayışla bağlı araşdırmanın nəticələrini gözləməyə çağırıb.

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xüsusi xidmətlər öz işini, çətin işini yerinə yetirirlər. Məlumat dəqiqləşdirilir, iş gedir və təbii ki, indi şərh vermək mümkün deyil”, - deyə Peskov vurğulayıb.
Partlayış fevralın 3-ü səhər saatlarında baş verib. Moskva Səhiyyə Departamentinin məlumatına görə, insident zamanı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
“RBC” telekanalı mənbəyə istinadən bildirib ki, istintaqın əsas versiyası partlayışın sifarişli qətlə cəhdlə bağlıdır.
Qeyd edək ki, partlayış zamanı yaralananlardan biri “Arbat” əlahiddə xüsusi təyinatlılar batalyonunun təsisçisi və “Donetsk Xalq Respublikası” Boks Federasiyasının prezidenti Armen Sarkisyan olub.
Xatirə SADİQ