Bu ölkələr də Rusiyanı vurmaq icazəsi verib – “Amma qərar açıqlanmır”
“Avropa İttifaqının (Aİ) bəzi ölkələri Ukraynaya ona verilən silahlardan Rusiyaya dərin zərbələr endirmək üçün istifadə etməyə icazə verib, lakin bu qərar açıqlanmayıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən görüşü başlamazdan əvvəl jurnalistlərə bildirib.
Hansı ölkələrdən söhbət getdiyinə aydınlıq gətirməyən Borrell qeyd edib ki, Aİ xarici işlər nazirlərinin 18 noyabr tarixli toplantısında Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr endirməsinə qoyulan məhdudiyyətlərin ləğvi məsələsi müzakirə olunub.
Onun sözlərinə görə, həmin toplantıda ümumi qərar qəbul olunmayıb. Hər bir ölkə məhdudiyyətləri aradan qaldırmaq və ya saxlamaq üçün məsuliyyəti özü daşıyacaq.
Amma o, ümid etdiyini bildirib ki, Aİ müdafiə nazirlərinin bugünkü görüşü nəticəsində bütün ölkələr ABŞ qərarına əməl edəcək.
Xatirə SADİQ