“Narahatlıqlarımız var, Tramp bizi dinləməyə hazırdırsa...” – Peskov 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə sülh dialoqunun əsaslarını açıqlayıb. 

Nov 19, 2024 - 14:24
“Narahatlıqlarımız var, Tramp bizi dinləməyə hazırdırsa...” – Peskov 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Hindistan və Rusiya mediası arasında əməkdaşlıq üçün yeni imkanlar: Hindistan və Rusiya xalqları arasında əlaqələrin möhkəmləndirilməsi” adlı görüş çərçivəsində Peskov Trampın seçkilər öncəsi sülhlə bağlı bəyanatlarını xatırladıb.

Onun sözlərinə görə, bunun üçün Donald Tramp xüsusi hərbi əməliyyatın başlamasının səbəblərini anlamalı, həmçinin Rusiyanın narahatlıqlarını dinləməlidir.

“Əgər o (Donald Tramp) sülhün əldə olunmasına kömək etməyə çalışarsa, bizim narahatlıqlarımızı dinləməyə, Rusiyanın bu cür hərəkət etdiyinin səbəblərini başa düşməyə hazır olduğunu nümayiş etdirin. O zaman sülhə nail olmaq üçün zəmin yarana bilər”, - Rusiya prezidentinin sözçüsü əlavə edib.

Xatirə SADİQ